Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:45

Pakistanda raket zərbəsi ilə daha 3 adam öldürülüb


Pakistanın şimal-qərbinə endirilmiş raket zərbələri nəticəsində azı 3 adamın öldüyü xəbər verirlir.

Yerli hakimiyyət əməliyyatın qonşu Əfqanıstandakı ABŞ qüvvələri tərəfindən həyata keçirildiyini istisna eləmir.

Məlumatlara görə, Şimali Vəziristandakı Datta Xela kəndindəki evlərdən birinə bir neçə raket buraxılıb.

Qeyd edək ki, Pakistan ötən cümə axşamı 3 əsgərin ölümüylə nəticələnmiş eyni insidentə görə, Əfqanıstandakı NATO qüvvələrini təhciz edən əsas yolu bağlayıb.

Pakistanın Birləşmiş Ştatdakı səfiri Hüseyin Haqqani cümə günü bildirib ki, təhlükəsizlik məsələsi yoluna qoyulan kimi onun ölkəsi yolu açmaq fikrindıdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG