Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09

Varisin şəkilləri yayılıb


Kim Çen Un
Sentyabrın 28-də Şimali Koreya lideri Kim Çen İr kiçik oğlu Kim Çen Una general rütbəsi verəndən sonra rəsmi dövlət agentliyi «Yonhap» ilk dəfə olaraq varisin rəsmi şəkillərini yayıb.

27 yaşlı Kim Çen Unun şəkillərinin yayılması isə onun ölkə liderliyinə hazırlanması yolunda atılan ilk addım kimi qiymətləndirilir. Həmin şəkillərdə o, atasının yanındadır.

VARİS ÜÇ XARİCİ DİL BİLİR, XİZƏK SÜRMƏYİ VƏ BASKETBOLU SEVİR

Şimali Koreyanın lideri Kim Çen İrin səhhətində problemlər var. Ona görə də bütün diqqətlər əlində nüvə silahı olan Şimali Koreyanın şahzadəsinə çevrilib.

Kim Çen Un Şimali Koreya liderinin üçüncü oğludur. 1.75 sm boyu, 90 kq çəkisi var. İngilis, fransız və alman dillərini bilir. İsveçrədə təhsil aldığı illərdə kim olduğunu Çhol Pak adı altında gizli saxlayıb. Qərb mədəniyyəti ilə yaxından tanışdır. Ancaq bu tərcümeyi-halın həqiqətə uyğun olmaması haqqında fikirlər də var.

Varisin xizək və basketbola böyük həvəsi var. Əfsanəvi basketbolçu Maykl Cordan və kino ulduzu Jan-Klod Van Dammın heyranıdır.

ŞƏRƏFİNƏ MARŞ OXUNMAĞA BAŞLANILIB

Artıq Şimali Koreyada məktəblərdə onun şərəfinə marş oxunur, universitetlərdə isə o, gələcəyin lideri kimi tanıdılır. Ancaq siyasi təhlilçilər Kim Çen Unun taxta keçməsi üçün atasının onu yerinə qoymasının kifayət etməyəcəyini, Kim Çen İrin ölümündən sonra ölkədə vərəsəlik üstündə didişmələrin başlanacağını da bildirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG