Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:46

Ukrayna bircə günün içində dəyişdi


Konstitusiya Məhkəməsinin sədri Anatoli Holovin. 1 oktyabr 2010

Konstitusiya Məhkəməsinin sədri Anatoli Holovin. 1 oktyabr 2010

Oktyabrın 1-də Ukraynanın Konstitusiya Məhkəməsi rysiyayönümlü prezident

VİKTOR YANUKOVİÇİN SƏLAHİYYƏTLƏRİNİN ARTIRILMASINA YOL AÇAN QƏRAR

qəbul edib.

2004-cü ildə narıncı inqilabdan sonra Ukrayna parlamenti avtoritarizmə qarşı yönələn bir addım kimi qanun qəbul etmişdi ki, prezident təkbaşına baş naziri və hökumət üzvlərini təsdiq edə bilməz.

Onların namizədliyini əvvəlcə parlament bəyənməlidir.

Ali Məhkəminin sədri Anatoli Holovin deyib ki, o vaxt parlament belə bir qanun qəbul etməklə Ukrayna Konstitusiyasının pozub.

“2004-cü il dekabrın 8-də qəbul edilən qanun Konstitusiyaya ziddir, çünki o, parlamentdə müzakirə edilərkən və sonra qəbul olunarkən Konstitusiya normaları pozulub”.

Konstitusiya Məhkəməsinin bu qərarı ilə Ukrayna

BIR GÜNDƏ PARLAMENT RESPUBLİKASINDAN PREZİDENT RESPUBLİKASINA ÇEVRİLİB

Yanukoviç qərarı alqışlayıb, amma deyib ki, hökumətdə böyük dəyişikliklər etmək niyyətində deyil.

Amma prezidentin siyasi rəqibləri Konstitusiya Məhkəməsinin qərarının pisləyiblər və bunun ölkəni avtoritarizm dövrünə qaytaracağını bildiriblər.

Müxalifət lideri Yuliya Timoşenko qərarı – 1991-ci ildə sovet lideri Qorbaçovun devrilməsi cəhdi ilə müqayisə edib.

“Oktyabrın 1-i bizim ölkənin tarixinə - demokratiyanın məhvi və diktaturanın bərqərar olması, Ukrayna QKÇP-si günü kimi düşəcək”.

Ukraynalı şərhçi Viktor Nebojenko Azadlıq Radiosunun Ukrayna xidmətinə deyib ki, Konstitusiya Məhkəməsinin qərarı ölkədəki onsuz da kövrək olan siyasi vəziyyəti daha da pisləşdirib.

“Konstitusiya Məhkəməsi özünün bu qərarı ilə təhlükəli Konstitusiya kolliziyası yaradıb. Konstitusiya Məhkəməsi bununla faktiki olaraq özünü ali qanunverici orqan kimi aparıb və parlamenti icraçı orqan yerinə qoyub”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG