Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:02

Pərviz Müşərrəf yeni partiyasını elan etdi


Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf oktyabrın 1-də Londonda Bütün Pakistan Müsəlman Liqası adlı partiyasını elan edib. Hazırda Londonda yaşayan Müşərrəf 2013-cü ildə parlament seçkiləri ərəfəsində Pakistana qayıdacağını bildirib.

Bu həftənin əvvəlində Müşərrəf xəbərdarlıq edib ki, ölkənin seçki yolu ilə formalaşan indiki mülki hakimiyyəti yeni çevriliş təhlükəsi ilə üz-üzədir.

İstefada olan general həmçinin bildirib ki, silahlı qüvvələrə ölkənin siyasi həyatında konstitusiyaya uyğun rol oynamaq imkanı verilməlidir.

Pərviz Müşərrəf 1999-cu ildə baş vermiş qansız çevrilişlə hakimiyyətə gəlib, 2008-ci ildə ölkədə kütləvi etiraz aksiyaları ilə vəzifəsini tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG