Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:57

Əfqanıstanda dörd Gürcüstan əsgəri həlak olub


Gürcüstanın Müdafiə Nazirliyi Əfqanıstandakı əsgərlərindən dörd nəfərinin həlak olduğunu bildirib. Bu, Gürcüstanın Əfqanıstanda ən böyük itkisi hesab edilir.

Nazirlik əsgərləri bir partlayıcı maddənin işə düşməsinə görə həlak olduğunu bildirib. Amma hadisənin detalları haqqında ətraflı məlumat verməyib.

Əfqanıstanda Gürcüstanın 1000 nəfərə yaxın hərbi qüvvəsi yerləşdirilib. Onlar əsasən Helmand əyalətində ABŞ hərbi hisslərinin tərkibində terrorla mübarizə əməliyyatlarında iştirak edirlər.
XS
SM
MD
LG