Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:16

Aytən Əliverdiyeva "Düşünmürdüm, yenə də burda qarşılaşacağımızı"















Düşünmürdüm, yenə də burda qarşılaşacağımızı


Hələ burdaymışsan, demək.
Ürəyimdə.
Adisən! Ölüsən! Heç kimsən!
Amma yenə də, ürəyimdəsən.
Səni yola saldım bügün.
Bir də qayıtma!
Başqasının yerini ürəyimdə daraltma.

Bilirəm, sevmirəm səni.
O gün də sevmirdim,
Bu gün də sevmirəm.
Bəs niyə hələ burdasan?
Cansız heykəl kimi.
Buza döndərmisən qəlbimi
Soyuqluğunla.
Əllərində çıraq, ürəklərində alov
Qəlbimin buz qapısını neçə-neçə döyənlər
Əridə bilmirlər yapdığın buz heykəli.
Sevmirəm, sevmirəm, sevmirəm səni!

Ağlım qəbul eləmir
Ürəyimsə qova bilmir səni.
Bəsdir! Bu qonaqlıq uzun çəkdi.
Çıx get daha!
Yaxşı elə baxma! O nə gülüşdür kinayəli?!

Bilirəm. Bilirəm ki, çoxdan getmisən.
Amma niyə?
Bəlkə, ürəyimdəki yerini tapa bilməmisən?
O yeri görməmisən. Küsmüsən.
Küsüb getmisən.
Bilirsən,
əslində o vaxtlar
vardı yerin ürəyimdə.
Təəssüf.

Deyəsən, bu gün də var.
Çünki sən getmisən.
Mən yox.
Mən hələ də burdayam.
Hələ də səni gözləyirəm.
Çünki sonuncu dəfə sən yox,
Mən getməliyəm.
Geri dön!

Geri dön ki, birdəfəlik qova bilim səni.
Sən məni unutma.
Amma dön ki,
Mən unuda bilim səni.
Dön ki,
Bu dəfə soyuqluğumla
Mən əriməz buza döndərim səni.
Bugün də, sabah da Sev sən!

Məni, məni, ancaq məni.
Özünü unut, hər kəsi unut!
Unuda bilmə
Təkcə
Məni!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG