Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:22

Bloqqerin məhkəməsi oktyabrın 21-dək təxirə salındı


Oktyabrın 1-də bloqqer Adnan Hacızadənin apelyasiya şikayətinə baxılıb.

Bloqqer cəzaçəkmə müəssisəsinin rəhbərliyinin məhkəməyə gəlmədiyini əsas gətirərək prosesin təxirə salınmasını istəyib. Hakim vəsatəti təmin edib və proses oktyabrın 21-i saat 15.00-dək təxirə salınıb.

Qaradağ rayon Məhkəməsi Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini təmin etməyib. O, cəzasının tən yarısını çəkib. Apelyasiya şikayəti də bu qərardan verilib.

Adnan Hacızadə və digər blogger Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb.

Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG