Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:27

Almaniyanın nüfuzlu universitetində Azərbaycan tarixi tədris ediləcək


Sentyabrın 28 dən oktyabrın 1 nə qədər Berlində Avropanın ən böyük konfransı olan 48-ci Tarix günü konfransı keçirilir. Konfrans Almaniya tarixçiləri birliyi, Almaniyanın tarix müəllimləri və Humolt Universiteti ilə birgə keçirilir.

3000 mindən çox Avropalı tarixçinin,alimin iştirak etdiyi konfrans „Sərhədlərin ötəsində“ (Über Grenzen) adı altında keçirilir. Konfransın Berlin Konqres Mərkəzindəki möhtəşəm açılışında Almaniyanın kansleri Angela Merkel iştirak edərək „Təhsil ölkəsi Almaniya“ olan ölkəsinin elminin, təhsilinin inkişafına çox böyük töhfələr verən proyektlərin həyata keçirilməsinin labüdlüyünü bildirdi.

Berlin Mədəniiyət üzrə dövlət katibi Andre Şmitz Berlini „Sənətkarların və alimlərin Məkkəsi“ adlandırdı.

Açılışdan sonrakı ziyafət mərasimində konfransın iştirakçısı azərbaycanlı şairə və araşdırmaçı Nuridə Atəşi Humbolt Universitetinin prezidenti Prof. Kristof Markşisi konfrans münasibəti ilə təbrik etdi və ona Humbolt Universitetində Azərbaycan tarixinin tədris edilməsinə dəstək göstərdiyi üçün təşəkkür etdi (Növbəti 5 i ərzində Humbolt Universitetində azərbaycan tarixi tədris ediləcək. Bu məqsədlə Azərbaycan tarixi üzrə “xüsusi qonaq professor” vəzifəsi təyin ediib. )

Nuridə Atəşi Universitetin prezidentinə bu müddət ərzində məşhur Humbolt Universitetində Azərbaycanın əsl tarixinə,mədəniyyətinə layiqli töhvələr verə biləcək tədqiqat sahəsinin yaradılmasını ümid və arzu etdi.

Avropanın müxtəlif ölkələrindən gəlmiş olan 3000 mindən artıq alimlər tarixçilər növbəti bir həftə ərzində alimlərin və „sənətkarların Məkkəsi Berlini“ ziyarət edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG