Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:54
Oktyabrın 1-də Gədəbəydəki Qızıl emalı zavodunun qarşısında 60 nəfərə yaxın rayon sakini «Bizi rüşvətsiz işə qəbul edin» şüarı ilə etiraz aksiyası keçirib.

Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından Səyyaf Musayev məlumat verib.

Səyyaf Musayev deyir ki, onun yaxınları və digər aksiya keçirən şəxslər neçə müddətdən bəri qızıl emalı zavodunda işləmək üçün lazım olan bütün sənədləri təqdim etsələr də onları işə götürmürlər.

Zavoda rüşvətsiz işə düzəlməyin mümkün olmadığını deyən Səyyaf Musayev iddia edir ki, buna görə adamlardan 1200 manatdan 2000 manata qədər rüşvət alınır.

Qızıl emalı zavodundan isə deyilənləri təkzib edirlər.

Səyyaf Musayev deyir ki, onlar yenə eyni tələblə növbəti aksiyanı oktyabrın 5-də keçirəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG