Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:39

Rail Rzayevin qətli ilə bağlı araşdırma davam edir



General Rail Rzayevin qətli ilə bağlı müxtəlif fərziyyələr üzərində iş davam etdirilir.

Bunu oktyabrın 1-də jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib. Baş prokuror bildirib ki, Daxili İşlər Nazirliyi, həm Milli Təhlükəsizlik Nazirliyi, həm də Baş Prokurorluğun istintaq idarələri baş prokurorun müavini Rüstəm Usubovun iştirakı ilə həftədə bir dəfə toplantı keçirib, istintaqın gedişatı barədə müzakirələr aparırlar.

«Hazırda müxtəlif fərziyyələr üzərində iş davam etdirilir. Mən əminəm ki, bu cinayəti törədənlər, təşkil edənlər vaxt gələcək ki, ifşa olunacaqlar».

Z. Qaralov deyib ki, əgər bu iş üzrə intensiv istintaq tədbirləri davam etdirilməsəydi, onun ətrafında baş verən cinayət hadisələri də açılmamış qalardı. Baş prokurora görə, indiyə qədər həmin cinayət hadisəsi ətrafında baş verən digər bir sıra cinayət hadisələrinin üstü açılıb.

Baş prokuror cinayət işi ilə bağlı xaricdən mütəxəssislərin dəvət edildiyini və müxtəlif ekspertizaların keçirildiyini bildirib. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG