Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:31

Ekvadorda fövqəladə vəziyyət elan olunub


Ekvador prezidenti Rafael Korrea 12 saat xəstəxanada mühasirədə saxlanandan sonra president sarayının eyvanında görünüb.

President bildirib ki, onun xilas edilməsi üçün əməliyyatda bir polis əməkdaşı həlak olub. O, dəstəyə görə tərəfdarlarına minnətdarlığını da bildirib.

Sentyabrın 30-da Ekvadorda yüzlərlə hərbçi və polis onlara verilən imtiyazların ixtisarına etiraz olaraq kütləvi aksiyalar keçirib, beynəlxalq hava limanını zəbt ediblər. Qiyamçılarla prezident qüvvələri arasında toqquşma zamanı bir nəfərin öldüyü bildirilir.

Həmin vaxt azı 50 nəfər, o cümlədən yanında gözyaşardıcı qaz balonu partlayan prezident Korrea da xəstəxanaya yerləşdirilib. Hadisə prezidentin aksiyaçılarla danışığa çıxan zaman baş vermişdi.

Hazırda prezident sarayına qayıdan solçu prezident bəzi polis qüvvələrini dövlət çevrilişinə cəhddə ittiham edib. Ekvadorda fövqəladə vəziyyət elan olunub.

ABŞ, bir sıra Latın Amerikası ölkələri Ekvadorda çevrilişi pisləyib və ölkə prezidentinə öz dəstəklərini bildiriblər.
Qırmızı Xaç Komitəsinin məlumatına görə, bir günlük qarışıqlıqda ölkədə 70-dən çox adam xəsarət alıb.
XS
SM
MD
LG