Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:47

Azərbaycan şahmatçıları Litvanı məğlub edib


Azərbaycanın qadınlardan ibarət yığması Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya olimpiadasının 9-cu turunda Litva komandasını 3,5:0,5 hesabı ilə məğlub edib.

Nəticələr belə olub: Zeynəb Məmmədyarova –Deimante Daulite 1:0, Türkan Məmmədyarova –Simona Limontaite 1:0, Gülnar Məmmədova-Zivil Sarakauskiene 0,5:0,5, Nərgiz Umudova-Viktoriya Beinoraite 1:0.

Azərbaycanın kişilərdən ibarət komandası isə bu turda yarışın lideri Ukrayna yığmasına 1,5:2,5 hesabı ilə məğlub olub.

Nəticələr belə olub: Şəhriyar Məmmədyarov –Vasili İvançuk 1:0, Teymur Rəcəbov – Ruslan Ponomaryov 0,5:0,5, Rauf Məmmədov-Pavel Elyanov 0:1, Eltac Səfərli – Zaxar Yefimenko 0:1.
XS
SM
MD
LG