Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:26

Müxalifət polisdən «İzvestiya» aldı


İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər və Əli Kərimli
Sentyabrın 30-u saat 17:00-da Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiya başqanının müavini Tofiq Yaqublu və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.

Onlara bu il sentyabrın 10-da Rusiyanın “İzvestiya” qəzeti və “izvestiya.ru” saytından götürülmüş icmal-məqalə təqdim edilib. Tofiq Yaqublunun AzadlıqRadiosuna verdiyi məlunmata görə, həmin məqalədə Almaniya, Yaponiya, Litva, İsveç, İsveçrə, Belçika və digər ölkələrdə sərbəst toplaşmaq haqqında qanunvericiliklə bağlı məlumatlar olub.

Tofiq Yaqublunun sözlərinə görə, onlara tövsiyə edilib ki, həmin icmalı Müsavat başqanı İsa Qəmbərə və AXCP sədri Əli Kərimliyə çatdırsınlar. Tofiq Yaqublu deyir ki, həmin məktubu qəbul elədiklərinə imza atandan sonra məlum olub ki, bu, adi bir yazıdır:

“Biz həmin yazını aldığımıza dair sənədə imza atdıq. Amma sonra gördük ki, bu, hüquqi sənəd deyil, sadəcə bir yazı imiş. Təxminən hardasa 30 səhifəlik, adı çəkilən ölkələrdəki qanunvericilik və məhkəmə hökmlərindən çıxarışlar olan bir icmaldır. Bakı Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev bununla sübut etməyə çalışırdı ki, sərbəst toplaşma azadlığı ilə bağlı bizim nümunə göstərdiyimiz Qərb ölkələrində vəziyyət daha bərbaddır nəinki bizdə”.

Partiya sədrlərinə göndərilən və “İzvestiya” qəzeti ilə “izvestiya.ru” saytındakı məqalə-icmalın əlavə olunduğu məktubda qeyd olunub ki, “…istərdik ki, siz və həmfikirləriniz qeyd olunan icmalı oxuyub özünüz üçün düzgün, qanuna söykənən nəticələr çıxarasız, hərçənd buna inanmasaq belə”- deyə qeyd olunub.

Tofiq Yaqubluya görə, bu, hakimiyyətin seçkiqabağı narahatlığından və müxalifətin oktyabr ayında aksiyalar keçirmək barədə səsləndirdiyi fikirlərdən irəli gələn bir məsələdir. Tofiq Yaqublu deyir ki, onlara bildirilib ki, geniş ictimayyətin tanış olması üçün həmin icmal yaxın günlərdə aparıcı KİV-lərdə dərc ediləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG