Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:34

Pərviz Həşimlinin namizədliyi qeydə alınmayıb


“AXCP-Müsavat” Seçki Blokunun 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən vahid namizədi Pərviz Həşimlinin namizədliyi qeydə alınmayıb. Belə bir qərar adı çəkilən dairənin sentyabrın 30-da keçirilən iclasında qəbul edilib.

Pərviz Həşimli DSK-nın bu qərarını qanunsuz hesab edir və bununla bağlı Mərkəzi Seçki Komissiyasına şikayət etməyə hazırlaşır.
]
Pərviz Həşimli deyir ki, onun namizədliyinin qeydə alınıb-alınması ilə bağlı iclasa dəvət edilməyiblər. İclasa gedən nümayəndəni isə içəri buraxmayıblar.

39 saylı Gəncə şəhər Kəpəz birinci Seçki Dairəsinin sədri Elbar Əhmədov AzadlıqRadiosuna deyib ki, Pərviz Həşimlinin etibarlı imzaları yetərincə olmadığı üçün namizədliyinin qeydə alınmasından imtina edilib.

Elbar Əhmədovun sözlərinə görə, Pərviz Həşimlinin nümayəndəsinin iclasa buraxılmaması barədə məlumat isə həqiqətə uyğun deyil. Dairə sədrinin dediyinə görə, Pərviz Həşimlinin nümayəndəsi dairəyə gəlsə də özü iclasda iştirak etməyib.

Pərviz Həşimli isə deyir ki, onun nümayəndəsinə qarşı kobudluq olub və o hər hansı problem yaranmaması üçün ərazidən uzaqlaşıb.
XS
SM
MD
LG