Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:54

Nəqliyyat Nazirliyi məhkəməyə verilib


Bu gün Bakı Apellyasiya Məhkəməsində “Şirvan N” kiçik müəsisssəsinin Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə qarşı birinci instansiya məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayəti əsasında məhkəmənin ilkin iclası keçirilib.

APA-nın məlumatına görə, məhkəmə baxışı oktyabrın 12-nə təyin olunub.

Qeyd edək ki, müəssisə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququnun toxunulmazlığı və dəymiş maddi ziyanın ödənilməsi barədə nazirliyə qarşı iddia qaldırıb.

Buna səbəb Bakıda yolların genişləndirilməsi ilə bağlı nazirliyin müəssisənin yerləşdiyi obyekti sökməsi olub.
Amma məhkəmə iddianı təmin etməyib.
XS
SM
MD
LG