Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03

Bir fraksiyalı parlament


Azərbaycanda növbəti parlament seçkiləri 2010-cu il noyabrın 7-də keçiriləcək

Azərbaycanda növbəti parlament seçkiləri 2010-cu il noyabrın 7-də keçiriləcək

1995

Noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilib.

Seçici siyahılarına daxil edilən 4 132 600 nəfər vətəndaşdan 3 556 277-si və ya 86.05 faizi seçkilərdə iştirak edib.

Noyabrın 26-da birmandatlı 20 seçki dairəsində, 1996-cı il fevralın 4-də 15 seçki dairəsində və nəhayət, fevralın 18-də 1 seçki dairəsində təkrar səsvermə ilə parlament seçkiləri başa çatdırılıb.

Milli Məclisə cəmi 124 deputat seçilib.

Bunlardan 99-u birrnandatlı seçki dairələri, 25-i isə siyasi partiyaların siyahıları üzrə vahid çoxmandatlı seçki dairəsindən.

Seçkilərdə 8 siyasi partiya iştirak edirdi. Onlardan Yeni Azərbaycan Partiyası ölkə parlamentinə 19, Azərbaycan Milli İstiqlal Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının hər biri 3 mandat almışdı.

Milli Məclisdə ümumən 69 nəfər (55.65 faiz) siyasi partiyaları təmsil edir, 55 nəfər isə bitərəf idi.

2000

Noyabrın 5-də keçirilən Milli Məclis seçkilərinin noyabrın 14-də MSK tərəfindən açıqlanan nəticələri belə idi:

– seçici siyahılarındakı seçicilərin ümumi sayı – 4 212 915;
– seçicilərə verilmiş seçki bülletenlərinin sayı – 3 000 198;
– istifadə olunmayaraq ləğv edilmiş seçki bülletenlərinin sayı – 1 140 341;
– etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı – 2 897 864;
– etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı – 100 434;
– siyasi partiyaların, siyasi partiyalar blokunun vahid namizədlər siyahısının lehinə verilmiş səslərin sayı – 2 883 819.
Yeni Azərbaycan Partiyası 62.31 faiz
Azərbaycan Xalq Cəbhəsi Partiyası10.95 faiz
Vətəndaş Həmrəyliyi Partiyası6.43 faiz
Azərbaycan Kommunist Partiyası6.33 faiz
Müsavat Partiyası4.85 faiz
Azərbaycan Milli İstiqlal Partiyası3.89 faiz
Azərbaycan Liberal Partiyası1.29 faiz
Azərbaycan Demokrat Partiyası1.06 faiz
Azərbaycan Naminə Alyans Partiyası0.95 faiz
Milli Konqres Partiyası0.51 faiz
«Demokratik Azərbaycan» Siyasi Partiyalar Bloku0.40 faiz
Azərbaycan Xalq Demokratik Partiyası0.28 faiz
Demokratik Azərbaycan Dünyası Partiyası0.26 faiz

Ümumiyyətlə, Milli Məclisə birmandatlı 99 dairə üzrə 5 noyabr 2000-ci ildə və 7 yanvar 2001-ci ildə keçirilmiş seçkilərdə seçicilərin 68.93 faizi iştirak edib.

2 926 904 seçki bülleteni etibarlı hesab edilmiş, adları seçki bülletenlərində olan namizədlərin lehinə 2 888 813 nəfər, əleyhinə isə 38 091 nəfər səs verib.

Birmandatlı seçki dairələri üzrə Milli Məclisə seçilmiş deputatların 27 faizini bitərəflər, 73 faizini partiya üzvləri təşkil edirdi.

2005

Noyabrın 6-da keçirilən səsvermənin ümumi yekunlarına əsasən, seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 4 675 572 olub.

Səsvermədə seçicilərin 1 974 036 nəfəri iştirak edib.

Seçici fəallığı seçicilərin ümumi sayının 42.2%-ni təşkil edib. (MSK və DSK-lar tərəfindən verilən nəticələrə əsasən, 46.6% olub, lakin sonradan 4 dairədə səsvermənin nəticələri etibarsız sayılıb).

Milli Məclisə seçilənlərin partiya mənsubiyyəti:
Yeni Azərbaycan Partiyası 64 nəfər
«Azadlıq» bloku6 nəfər
Ana Vətən Partiyası2 nəfər
«YeS» Bloku2 nəfər
Ümid Partiyası1 nəfər
Sosial Rifah Partiyası 1 nəfər
Azərbaycan Demokratik İslahatlar Partiyası1 nəfər
Böyük Quruluş Partiyası1 nəfər
Ədalət Partiyası1 nəfər
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası1 nəfər
Vətəndaş Birliyi Partiyası1 nəfər
Müstəqil deputatlar43 nəfər

Günün bütün mövzuları

XS
SM
MD
LG