Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:29

«Qayda» ilə oynamaq istəmədi…


“Kremlin özündən itələdiyi ağırçəkili siyasətçi Putinin qoyduğu qaydalarla oynamaq istəmədi.

Bu sistemdə beləsini istefa verməyə məcbur edirlər. Əvvəl göz yumduqları cinayətlərə və pozuntulara görə indi həbslə hədələ-hədələyə istefaya göndərirlər.

İstefaya getsə, əvəzində mükafat kimi orden verirlər.

Ancaq qul kimi boyun əyənlərin biri üsyan elədi. Lujkov xarakter göstərdi.

“Rədd ol” komandası alandan sonra əmri yerinə yetirməyə tələsmədi. Hətta Medvedev və Putin ətrafındakı məmur klanları arasındakı ziddiyyətdə oynamaq qərarına gəldi”.

Bunu Rusiyalı təhlilçi Aleksandr Qolts Azadlıq Radiosu üçün şərhində yazır.

Şərhdə deyilir: “Hakimiyyətdəkilər onun barəsində konsensusa gəldiyi vaxtda belə,
(“Vedomosti” qəzetinin aldığı məlumata görə, Moskvanın növbəti merinin kim olacağını müəyyən etmək hüququ Putinə məxsusdur) Lujkov davasını davam etdirmək fikrindədir.”

“Beləliklə, ölkədə çoxlu pulu olan və Putin sistemindən düşmüş ağırçəkili siyasətçi meydana gəlir. O revanş almaq istəyir və siyasəytdə qalır.”

PUTİN SİSTEMİ

“Ancaq bu ölkənin siyasi sistemi real siyasəti nəzərdə tutmur.
Lujkov partiya yarada bilər, çoxlu səs toplaya bilər, ancaq Mərkəzi Seçki Komissiyası onun partiyasını qeyddiyyata almayacaq.

Ən axmaq səbəb göstərilə bilər. Məsələn, ərizələr düzgün rəngli mürəkkəblə yazılmayıb. Bu qərara Konstitusiya məhkəməsində möhür vuracaqlar ki, düzgün qərardır.

Hətta görünməmiş hadisə olsa, Lujkovun partiyası qeydə alınsa, televiziya kanalları sutkada 24 saat onu söyəcəklər. Belə vəziyyətdə onun şansı olmayacaq.

Putin nəinki rəqiblərinin meydana gəlməsi imkanlarını məhv edib, o ardıcıl şəkildə demokratiyanın bütün vasitələrini (azad mətbuatı, mitinq keçirmək haqqını) dağıdıb.

O da əlamətdardır ki, Lujkov şəhərlə, ölkə və dünya ilə danışmaq üçün The New Times məcmuəsini seçib. Bu , senzuraya məruz qalmayan yeganə nəşrlərdən biridir.

MÜMKÜN SENARİ

Əlbəttə, həddən artıq optimist olanlar qalmaqal sayəsində demokratik institutların bərpa olunacağına ümid bəsləyə bilərlər. Ancaq başqa senari daha realdır.

İndiki hakimiyyət sistemində klanlar arasında mübarizənin tamam başqa parametrləri var.
Böyük maliyyə imkanları olan ağırçəkili siyasətçini Xodorkovski kimi hesabların həbsi, müflislik və həbsxana gözləyir.

İndi Moskva məmurlarının kütləvi repressiyası başlana bilər, necə ki vaxtilə Yukos şirkətinin işçiləri kütləvi repressiya olundular.

PREZİDENTİN ÖZ MÜSTƏNTİQLƏRİ

Lujkova hücumu başlayan prezident indi Putin sisteminin məntiqi ilə sistemin kəskinliyini nümayiş etdirməlidir. Bunun üçün prezidentin özünün güc strukturları olmalıdır.

Yəqin ki, Dumaya məhz indi təklif olunan qanun layihəsi təsadüfi deyil. Təklif olunur ki, İstintaq Komitəsi Baş Prokurorluğun tabeliyindən çıxarılıb, birbaşa prezidentin tabeliyinə verilsin.
Bu vaxt İstintaq Komitəsinin rəhbəri hökumətin üzvü olmayacaq, yəni Putinin “siyasi bürosuna” tabe olmayacaq.

Lujkov məsələsində Putinin FSB-si, Daxili İşlər Nazirliyi neytrallıq gözləsə, Medvedevin əlində öz müstəntiqləri olacaq.

Beləliklə, Putin sistemi qalsa, Rusiyada siyasi mübarizə həbsxana, Butırka vasitəsilə aparılacaq.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG