Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:52

Keçmiş prezident hərbi çevrilişi istisna eləmir


Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf bildirib ki, ölkədə yeni hərbi çevriliş baş verə bilər.

Müşərrəf Londonda çıxış edərkən qeyd edib ki, Pakistan ordusuna siyasi rol verilməlidir.

O, indiki komandanlığın hazırkı prezident Asif Əli Zərdariyə qarşı güc tətbiq edə bilməsini istisna etməyib.

Pərviz Müşərrəfin özü 1999-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib, 2008-ci ildə isə istefa verib.

Amma o, bu yaxınlarda yeni siyasi partiya yaratmaq fikrində olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG