Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:34

Ermənistanda Lujkova qarşı kompromat


Lujkov Ermənistan rəsmiləri ilə Yerevanda tikinti layihəsi qarşısında
Lujkov Ermənistan rəsmiləri ilə Yerevanda tikinti layihəsi qarşısında
Rusiya prezidentinin işdən çıxartdığı Yuri Lujkova qarşı kompromat artıq Ermənistanda da toplanır.
Armenia Today xəbər verir ki, Rusiyanın televiziya kanallarından biri Ermənistana öz jurnalistlərini və çəkiliş qrupunu göndərib. Onlar keçmiş Moskva meri Lujkovun Ermənistandakı var-dövlətini çəkiblər.

Lujkovun isə Ermənistanda, yerli mətbuatın məlumatına görə, xeyli əmlakı var. Lujkovun Artaşatda, Noragühdə torpaqları, Armavirdə su hövzəsi var.

Bundan başqa Rusiyanın 5 bankına Ermənistanın 15 şirkətinin adı verilib ki, onlar Lujkovla əlaqəlidir və ya Lujkovundur.
Ancaq belə fikir də var ki, əslində bu şirkətlər Ermənistanın siyasi elitasınındır, Lujkov bu şirkətlərə yalnız “krışa”lıq edirdi.

Maraqlıdır, görəsən Lujkovun Azərbaycanda da əmlakı varmı?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG