Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:53

“Müsavatın namizədlərini məhz indi göndərməsi aranı qarışdırmaqdır”


“Əgər MSK-da Müsavat Partiyasına ayrılmış iki yer hələ də boşdursa, onda partiyanın bu günlərdə Milli Məclisə göndərdiyi namizədlər həmin yerə təsdiqlənməlidir”.

Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında deyib.

İqbal Ağazadəyə görə, Seçki Məcəlləsi də buna imkan verir. Bəzi deputatlar - Siyavuş Novruzov, Fazil Mustafa və digərləri bildiriblər ki, indi həmin yerlərə iddia etmək və namizəd vermək düzgün deyil.

Siyavuş Novruzova görə, indiyə kimi bu yerin boş qalması və Müsavat Partiyasının öz namizədlərini məhz indi göndərməsi MSK-da aranı qarışdırmaq deməkdir.

Müsavat deputat qrupu bugünlərdə boş qalmış iki yerlə bağlı parlamentə müraciət edib. Parlamentin spikeri Oqtay Əsədov məktubu sentyabrın 29-u aldığını və bu məsələyə baxılacağını bildirib.
XS
SM
MD
LG