Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:21

Eynulla Fətulayevin apelyasiya şikayəti geri qaytarıldı


Eynulla Fətulayevin şikayəti geri qaytarıldı

Eynulla Fətulayevin şikayəti geri qaytarıldı

Jurnalist Eynulla Fətullayevin Qaradağ rayon Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti geri qaytarıldı. Bakı Apelyasiya Məhkəməsində sentyabrın 30-na təyin edilən proses başlayan kimi dövlət ittihamçısı bildirdi ki, jurnalistin protokollarla bağlı qaldırdığı məsələ birinci instansiya məhkəməsinə aid olduğu üçün iş yenidən Qaradağ rayon Məhkəməsinə qaytarılmalıdır.

Eynulla Fətullayevin vəkili İsaxan Aşurov da bu məsələdə dövlət ittihamçısı ilə fikirlərinin üst-üstə düşdüyünü bildirdi.

Müşavirədən sonra hakim vəsatətin təmin olunduğunu bildirdi.

Vəkil İsaxan Aşurovun Azadlıq Radiosuna verdiyi məlumata görə, indi Bakı Apellyasiya Məhkəməsi protokollarla bağlı məsələni Qaradağ rayon Məhkəməsinə göndərilməlidir. Növbəti prosesin də nə vaxt başlayacağı birinci instansiya məhkəməsinin qəbul edəcəyi qərardan asılı olacaq.

Narkotika ittihamı ilə bağlı Qaradağ rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti verən jurnalist ona bəraət verilməsi və dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb edir.

Eynulla Fətullayev həm də hesab edir ki, Qaradağ rayon Məhkəməsində keçirilən proseslərdə onun və şahidlərin ifadələri tam olaraq protokollara salınmayıb.

Bu il sentyabrın 2-dən başlayan proses protokollarla tanışlığa və bəzi texniki məsələlərə görə bir neçə dəfə təxirə salınıb

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG