Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:17

«Əl-Qaidə» Qərbə qarşı yeni terrora hazırlaşırmış


terrorçu qrupların fəallığı Qərb ölkələri, o cümlədən Avropa üçün təhlükənin olduğuna işarədir
terrorçu qrupların fəallığı Qərb ölkələri, o cümlədən Avropa üçün təhlükənin olduğuna işarədir
Qərb kəşfiyyatı Böyük Britaniya, Fransa və Almaniyada planlaşdırılan terror hücumu planını ifşa etdiyini açıqlayıblar. Qərb mətbuatı ABŞ və Avropada adı çəkilməyən təhlükəsizlik rəsmilərinə istinadla hücumun Pakistandan gəldiyini bildiriblər.

BBC qeyd edib ki, bu, «əl-Qaidə»nin son illərdə planlaşdırdığı ən ciddi hücum planlarından biri idi» və Pakistanın terror qrupları tərəfindən həyata keçiriləcəkdi.

Xəbəri çatdıran diktor deyib ki, hücum desant-diversiya üslubunda düşünülübmüş və qərblilərin əsir götürülməsi və qətlə yetirilməsini nəzərdə tuturdu. Ancaq belə görünür, qəsdin təhlükəli olduğu düşünülmədiyindən milli təhlükəsizlik dərəcəsi artırılmayıb.

Britaniyanın «Sky News» televiziyası da bildirib ki, 3 Avropa ölkəsi və ABŞ-ın kəşfiyyat orqanlarının bölüşdüyü məlumatlar hücum planının açılması və onun qarşısının alınması ilə nəticələnib.

ABŞ-ın «ABC News» kanalı isə hücumla bağlı məlumatı alman terrorçudan alındığını, həmin şəxsin hazırda Əfqanıstanda saxlandığını açıqlayıb. ABŞ rəsmiləri də Baram hərbi bazasında saxlanılan məhbusda Almaniya pasportu olduğunu təsdiqləyiblər.

Avropa rəsmiləri qəsdi təsdiqləməsələr də, ancaq Böyük Britaniya, Fransa və Almaniyada milli təhlükəsizlik həyəcanı yüksəldiyi bildirilir.

Hücum qərblilərin əsir götürülməsi və qətlə yetirilməsini nəzərdə tuturdu
Britaniyanın Mİ-5 Təhlükəsizlik Xidmətinin rəhbəri Conatan Evans, ABŞ-ın Milli Təhlükəsizlik katibi Canet Napolitano ciddi hücum riskinin qaldığını bildiriblər, deyiblər ki, terrorçu qrupların fəallığı Qərb ölkələri, o cümlədən Avropa üçün təhlükənin olduğuna işarədir.

EYFEL QÜLLƏSİNƏ PARTLAYICI YERLƏŞDİRİLMƏSİ BARƏDƏ ANONİM ZƏNG DAXİL OLUB

Parisin Eyfel Qülləsinə partlayıcı qoyulması xəbəri də mümkün hücum narahatlığını artırıb. Son iki həftədə Eyfel Qülləsinə 2 dəfə partlayıcı yerləşdirilməsi barədə anonim zəng daxil olub, onlarla adam ərazidən evakuasiya olunub.

Daxili İşlər naziri Brice Hortefeux sentyabrın 20-də xəbərdarlıq edib:

«Mən başqa suala cavab vermək istəmirəm, ancaq təsdiqləyirəm ki, təhlükə real idi. Bizim sayıqlığımız artırılıb, terror həyəcanı səviyyəsi «qırmızı»ya yüksəldilib, bu isə «sonuncuda əvvəlki» həyəcan səviyyəsi deməkdir».

Dünən ABŞ-ın Xüsusi Kəşfiyyat Xidməti Avropada planlaşdırılan qəsdə şərh verməsə də, bildirib ki, onlar «əl-Qaidə»nin ABŞ və Avropaya hücum etmək istədiyini bilirlər.

«The Wall Street Journal» qəzeti də yazıb ki, Mərkəzi kəşfiyyat Pakistanın qeyri-stabil bölgələrinə hava hücumlarını artırıb. Bu da Avropa şəhərlərinə hücumun qarşısını almaq səylərinin bir hissəsidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG