Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:10

Faiq Ağayevin məsələsi Milli Məclisdə də qaldırılıb


Sentyabrın 30-da Milli Məclisin payız sessiyası zamanı Azərbaycanın xalq artisti Faiq Ağayevin bıçaqlanması məsələsi müzakirə edilib.

Millət vəkili Pənah Hüseyn müğənnini bıçaqlayan şəxsin qohumlarının ona müraciət etdiyini, onun günahsız olduğunu və məsələnin obyektiv araşdırılmasını istəyib.

P. Hüseyn parlament rəhbərliyindən xahiş edib ki, məsələnin obyektiv araşdırılmasına yardım göstərilsin.

Hadisə sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə baş verib. Faiq Ağayev şəxsi avtomobili ilə gedərkən həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb.

Nəticədə Faiq Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar. Hər üç yaralı əməliyyat olunub, hazırda səhhətlərinin yaxşı olduğu bildirilir.

Azərbaycanın xalq artisti Faiq Ağayevə xəsarət yetirməkdə təqsirləndirilən iki şəxs barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hadisənin digər iştirakçısının himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG