Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03
«500 minlik üzvü olan partiyadan 20-30 nəfərin fərdi qaydada öz namizədliyini irəli sürməsi Yeni Azərbaycan Partiyası üçün faciə deyil. Baxmayaraq ki, biz bunun nizamnaməyə zidd olduğunu deyirik».

Bu fikirləri sentyabrın 30-da hakim YAP-nın icra katibi, millət vəkili Əli Əhmədov AzadlıqRadiosunun sualını cavablandırarkən bildirib. O qeyd edib ki, partiya dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyini bəyan edib.

Ə. Əhmədov Azərbaycan və ABŞ prezidentlərinin görüşü ilə bağlı sualları da cavablandırıb. O, Azərbaycanın Amerika ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd etsə də, vurğulayıb ki, heç bir xarici amil Azərbaycanın daxili siyasətinə, seçki və digər məsələlərə təsir göstərə bilməz.

YAP 114 dairədən namizəd irəli sürüb. Partiyanın 47 üzvü isə rəhbərliklə razılaşmadan fərdi qayda namizədliyini irəli sürüb.

Azərbaycanda parlament seçkiləri 2010-cu il noyabrın 7-ə təyin edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG