Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:36

Rusiya Tehranı Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa çağırıb


Rəsmi Moskva İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməyə çağırıb.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin deyib ki, mübahisəli nüvə proqramı ilə bağlı sualları aydınlaşdırmaq İranın öz marağındadır.

Onun fikrincə bu məsələnin yeganə həll yolu Tehranla 6 güc dövləti arasında “konstruktiv dialoqdan” keçir.

Vitali Çurkinin sözlərinə görə, Tehrana qarşı qoyulan yeni BMT sanksiyalarında məqsəd danışıqları bərpa etmək və İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə hərtərəfli əməkdaşlığa sövq etmək olub.

BMT Təhlükəsizlik Şurası bir neçə ay əvvəl İrana 4-cü dəfə sanksiya qoyub. Qərb onun nüvə silahı hazırlayacağından ehtiyatlanır. İran bu iddiaları qəbul etmir.
XS
SM
MD
LG