Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:06

Eynulla Fətullayevin apelyasiya şikayətinə baxılacaq


Sentyabrın 30-da məhbus jurnalist Eynulla Fətullayevin apelyasiya şikayətinə baxılacaq. Dünən jurnalist prosesə gətirilmədiyindən məhkəmə təxirə salınmışdı.

Narkotik ittihamı ilə bağlı Qaradağ rayon məhkəməsinin hökmündən apelyasiya şikayəti verən jurnalist ona bəraət verilməsi və dəymiş ziyana görə kompensasiya ödənilməsi tələb edir.

«Realnıy Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həm də hesab edir ki, məhkəmə proseslərində onun və şahidlərin ifadələri tam olaraq protokollara salınmayıb. Sentyabrın 2-dən başlayan proses protokollarla tanışlığa görə də bir neçə dəfə təxirə salınıb.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG