Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:12

Parlamentin payız sessiyası başlayır


Sentyabrın 30-da Milli Məclisin payız sessiyası başlayır. Oktyabrın 8-dək keçiriləcək iclaslarda 34 qanun layihəsinin müzakirəyə çıxarılacağı nəzərdə tutulur.

Payız sessiyasında müzakirə ediləcək əsas sənədlərdən biri «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında» qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaq. Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavələrin və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.

Milli Məclisin payız sessiyası növbəti parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinədək işini yekunlaşdırmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG