Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:22

«Deyirlər ki, imzalardan imtina edin»


Salyan rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynov

Salyan rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynov

İCRA BAŞÇISININ KÖNLÜ DEPUTATLIĞA UÇUB…

Seçki pozuntuları ilə bağlı başlıca şikayətlər yenə da icra qurumlarındandır. Şikayətlərdən biri Salyan rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynovdandır. Məsələ bundadır ki, icra başçısı özü də seckilərdə iştirak edir. O namizədliyini 59 saylı Salyan secki dairasindən verib.
Bu dairədən namizədliyini verən, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icra direktoru Vasif Mövsümov deyir ki, icra başçısı səlahiyyətlərindən və inzibati resurslardan istifadə edərək qanunu pozur. İcra başcısının işçiləri onun az qala seçki kampaniyasını aparırlar.

İCRA HAKİMİYYƏTİ YOXSA TƏŞVİQAT QRUPU?


Vasif Mövsümov deyir ki, bu günlərdə seçki qərarghının üstündəki lövhəni şəhər nümayəndəsi Afiq Məmmədyarov çıxarıb yerə atıb. Səbəbini də belə izah edib:

- Afiq Məmmədyarov dedi ki, mənə göstəriş var və o lövhəni ordan çıxarmalıyam. Ona icra başçısı göstəriş verə bilər, başqa heç kim yox. Bu seçki prosesinə icra qurumlarının birbaşa müdaxiləsidir.

Vasif Mövsümov icra başçısı Əliağa Hüseynovun özü haqdasa bunları dedi:

Vasif Mövsümov
- İcra hakimiyyətinin başçısı özü də namizədliyini verib və buna baxmayaraq, iş yerində oturur, iclaslar da keçirir, onun imzalarının yığılmasında kənd icra nümayəndələri, məktəb direktorları da iştirak edirlər. Bu, qanun pozuntusudur. Halbuki, o məzunuyyətə çıxdığı üçün işləməməliydi.

“LÖVHƏ HAQLI OLARAQ ÇIXARILIB”



Salyan rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynovu tapa bilmədik. Onun müavini Etibar Hüseynov başçının və eyni zamanda deputatlığa namizədin ünvanına deyilənlərin doğru olmadığını söylədi. O ki qaldı Vasif Mövsümovun seçki qərargahının üstündəki lövhənin yerə atılmasına, bu məsələdə haqlı olduqlarını söylədi:

- Beşmərtəbəli bina onun qərargahı ola bilər sizcə? Onun qərargahı bir otaqdır, onun qarşısına elan vurmaqdan götürüb, beşmərtəbəli binanın qabağına elan vurub. Orda əlli dənə idarə var. Bu, düz deyil. Ona görə düz eləyiblər. Haqlı olaraq çıxarıblar. Elanı otağından assın. O otaq da onun deyil əslində, amma eybi yox icazə vermişik. Səhbət seçkidən yox, binanin qabağına qanunsuz lövhə vurulmasından gedir. Sağ olun.

Beləcə Etibar Hüseynov suallarımızı cavablandırmadan dəstəyi asdı və bir də qaldırmadı. Əliağa Hüseynovun birbaşa telefonunu cavablandıran, amma özünü təqdim etməyən şəxsin dediklərindənsə belə başə düşdük ki, icra başçısı həqəqətən də ara-sıra işə gəlib-gedir.

MSK-nın mətbuat katibi Azər Sarıyevsə deyir ki, namizəd qeydə alınarsa üç gün içində vəzifədən getmək haqda ərizə yazmalıdır. Əliağa Hüseynovun qeydə alınmasından xəbərsizdir:

- Amma Vasif Mövsümovda hər hansı məlumat varsa, bizə və ya DSK-ya göndərsin araşdıraq.

“DEYİRLƏR Kİ, İMZALARDAN İMTİNA EDİN”


Qabil Hüseynli
İndidən dairə seçki komissiyası sədrlərindən də az şikayət gəlmir . Müsavat secki qərargahının rəhbəri Gülağa Aslanlı deyir ki, 95 saylı Tərtər dairə seçki komissiyasından namizədliyi verilmiş Qabil Hüseynli ilə bağlı ciddi problem yaranıb:

- Qabil Hüseynli dünən imzaları təqdim edib, bu gün icra hakimiyyətinin göstərişiylə dairə seçki komissiyasının üzvləri kəndləri bir-bir gəzib imza vərəqələrinə qol çəkənlərə təzyiq edirlər ki, imzalarından imtina etsinlər, hətta yazılı imza toplanır.

Gülağa Aslanlı bununla bağlı MSK-ya müraciət etməyə hazırlaşır.

“DSK SƏDRİNİ BAŞA SALA BİLMİRİK Kİ...”


Klassik Xalq Cəbhəsi Partiyası mətbuat xidmətinin rəhbəri Xəzər Teyyub isə deyir ki, 85 saylı Şamaxı seçki dairəsində onların problemi yaranıb. Onların namizədi səhhəti ilə bağlı seçkilərə qatılmaqdan imtina edib. Yerinə başqasının, Səfər Səfərovun namizədliyini veriblər:

- Amma DSK sədri Vahid Xanəliyev namizədimizin sənədlərini qəbul etməkdən imtina edir. Ona başa sala bilmirik ki, partiya namizədini geri çəkib, başqa nümayəndə verir.

“TƏKİD EDİRLƏRSƏ, SƏNƏDİ GÖTÜRƏRİK”

Vahid Xanəliyev isə vəziyyəti başqa cür izah edir:

- Xeyr, elə söz deməmişəm. Əvvəlki namizəd ərizəsini, imza vərəqələrini geri qaytarsın, sonra yeni namizədin sənədlərini verək. Adamdı bəlkə sabah gəldi ki, mən də imza toplayıram.

Amma bu günlərdə 15 saylı dairə seçki komissiyasının sədri Sərdar Süleymanov bizimlə söhbətdə demişdi ki, namizəd seçkidə iştirakdan imtina edirsə imza vərəqələrini geri qaytarmağa ehtiyac yoxdur. Sadəcə, sənədlər araşdılanda onun ərizəsi kənara qoyulacaq. Bu xatırlatmadan sonra Vahid Xanəliyev belə dedi:

- Eybi yox, təkid edirlərsə, sənədlərini gətirsinlər götürüm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG