Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:43

Rauf Arifoğlunun namizədliyinin qeydə alınmaması tələb edilir


Elxan Şükürlü
Elxan Şükürlü
«İslahat» seçki blokunun 25 saylı Nizami ikinci seçki dairəsindən vahid namizədi Elxan Şükürlü «AXCP-Müsavat» seçki blokunun bu dairədən vahid namizədi Rauf Arifoğlunun namizədliyinin qeydə alınmamasını tələb edir.

Elxan Şükürlü 25-ci dairə və Mərkəzi seçki komissiyalarına ünvanladığı müraciətdə bildirir ki, Rauf Arifoğlu vaxtından qabaq seçki təbliğatına başlayıb.

Elxan Şükürlü deyir ki, Rauf Arifoğlu rayonun bir qrup sakini ilə görüş keçirib. Eyni zamanda, onun rəhbərlik etdiyi «Yeni Müsavat» qəzetində rayonun problemləri barədə silsilə məqalələrə start verilib və bununla da seçicilərin imza və səslərini qazanmağa səy göstərilib.

Daha sonra Elxan Şükürlü bildirir ki, Rauf Arifoğlu rəhbəri olduğu qəzetdə hakim partiyanın bu dairədən namizədinə qarşı «qara piar» kampaniyasına başlayıb.


Rauf Arifoğlu isə AzadlıqRadiosuna deyib ki, bu iddialar əsassızdır və qanun pozuntusu hesab edilə bilməz. Onun görüşü imza vərəqələri verilməzdən qabaq rayonun dini icmaları ilə keçirilib və bu barədə də mətbuatda məlumat yayılıb:

«Yeni Müsavat» qəzeti ölkədəki bütün problemləri işıqlandırır».

«Qara piar» məsələsinə gəlincə, Rauf Arifoğlu hesab edir ki, YAP kifayət qədər imkanları olan partiyadır və kiminsə vəkilliyinə ehtiyac yoxdur.

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev hələ müraciəti rəsmən almadıqlarını deyir. O, AzadlıqRadiosuna bildirib ki, dairə seçki komissiyası müraciəti araşdırıb öz rəyini bildirəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG