Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:41

Amerika-Azərbaycan komissiyasının növbəti iclasının vaxtı məlum deyil


Amerika-Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi bəlli deyil. İclasın tarixinin müəyyən edilməsi problemi Amerika tərəfi ilə bağlıdır.

Bu barədə iqtisadi komissiyanın Azərbaycan tərəfdən həmsədri, maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müştərək iqtisadi komissiyanın Amerika tərəfdən həmsədri hələ təyin edilməyib. «Komssiyanın Amerika tərəfdən həmsədri dövlət katibinin müavini idi. Yeni hökumət təşkil ediləndən sonra həmsədr vəzifəsinə heç kim təyin edilməyib», - deyə o qeyd edib.

Amerika-Azərbaycan müştərək iqtisadi komissiyası bir neçə ildir fəaliyyət göstərir. İki ölkə arasına iqtisadi əlaqələrin inkişafı ilə bağlı müxtəlif layihələri müzakirə edib. Komissiyanın iclasları növbəlilik əsasında ildə bir dəfə olmaqla Bakıda və Vaşinqtonda keçirilib. Artıq iki ilə yaxındır ki, komissiyanın iclası keçirilmir. /Turan/
XS
SM
MD
LG