Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:31

"Bəzən ərzaq almağa pul olmur"


Azərbaycanda nə qədər adamın bəzən yemək almağa pulu olmur?

2009-cu ildə Gallup sorğu mərkəzi 113 ölkədə yerli sakinlərə bu sualla müraciət edib: “son 12 ayda elə vaxt olubmu ki, sizin ərzaq almağa pulunuz olmasın?”
Azərbaycanda soruşulanların 60 faizi “hə” deyib.

Müqayisə üçün, Gürcüstanda “hə” deyənlərin sayı 56 faizdir.
Azərbaycanın başqa qonşusu - Türkiyədə 37 faiz bildirib ki, doğrudan da bəzən yemək almağa pulları olmur.
Keçmiş Sovet məkanı üzrə orta göstərici isə 32 faizdir.

Gallupın sorğusunun nəticələri elan olunduğu vaxt BMT-nin Ərzaq Proqramı da bildirib ki, dünyadakı ərzaq böhranı, yəni ərzaq qıtlığı və bahalığı hələ aradan qalxmayıb.
Belə vəziyyətdə yeni sorğunun nəticələri ölkələrin bu böhran qarşısında nə qədər kövrək olduğunu göstərir.

Gallupın sorğusunda rekordçu ölkə Zimbabvedir. Burda 79 faiz deyib ki, bəzən ərzaq almağa pul tapmır. Burundidə bu göstərici 74, Nigerdə 68 faizdir.

Hətta Avropada rəyi soruşulanların 13 faizi bildirib ki, elə vaxt olur ki, ərzaq almağa pul olmur.
Avropada 87 faiz isə deyib ki, onların ərzaq almağa həmişə pulları var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG