Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:56

Müsavat MSK-ya namizədlərini təqdim etdi


Müsavat partiyası Mərkəzi Seçki Komissiyasına iki nümayəndənin namizədliyini irəli sürüb.

Bununla bağlı qərar Müsavat Divanın sentyabrın 29-da keçirilən iclasında qəbul edilib. Namizədliyi irəli sürülənlər Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı və əvvəllər MSK-ya üzv olmuş bitərəf Ənvər Əliyevdir.
Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı məlumat verib.

Həmin şəxslərlə bağlı qərar Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında verilməlidir.

Müsavat partiyası bütün dairə və məntəqə seçki komissiyalarına da nümayəndə təyin etmək istəyir. Təxminən beş il idi ki Müsavat partiyası MSK-dakı iki boş yerə nümayəndə göndərmirdi.

İndi MSK-dakı 18 yerdən 6-sı hakim partiyanın, 6-sı parlamentdəki bitərəflərin, 6-sı da parlamentdə azlıqda qalan partiyalarındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG