Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:57

Çörək bahalaşmayacaq


Bu gün Azərbaycanda çörəyin qiymətinin bahalaşmasına heç bir əsas yoxdur. Bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun sözlərinə görə, hazırda idxal olunan buğda, eyni zamanda ölkədə istehsal olunmuş buğdadan çörək sənayesində istifadə edilərkən maya dəyərində fərq yoxdursa, bu zaman çörəyin qiymətinin artmasına heç bir əsas yoxdur.

İ.Abasov həmçinin bu ilin qış aylarında buğdanın qiymətinin artmayacağını da bildirib: «Fermerlər Azərbaycanda istehsal olunmuş buğdanı müəyyən olunmuş qiymətə satırlarsa, qış aylarında buğdanın qiyməti qalxmamalıdır. Əgər kimsə süni sürətdə bu qiyməti qaldırmaq istəyərsə, Taxıl Fondundan bazara ehtiyat buğda çıxarılacaq ki, bu da qiymətləri tənzimləyəcək». /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG