Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

ABŞ diplomatı İsrail və Fələstin arasında danışıqlar aparacaq


Sentyabrın 29-dan ABŞ-ın Yaxın Şərq üzrə elçisi Corc Mitçel İsrail və Fələstin arasında diplomatik missiyaya başlayır. Səfərdə məqsəd İsrail-Fələstin arasında birbaşa danışıqları qorumaqdır.

Bu gün Mitçel İsrailin müdafiə naziri Ehud Barak və baş nazir Benyamin Netanyahu ilə görüşəcək. Sabah isə amerikalı diplomatın Fələstin muxtariyyatının lideri Mahmud Abbasla görüşü planlaşdırılıb.

İsrail tərəfi bu günlərdə İordan çayının Qərb sahilində tikinti işlərinə qoyulan moratoriumun müddətini artırmaqdan imtina edib. Bundan sonra Mahmud Abbas danışıqlardan çıxmaq niyyətini açıqlayıb.
XS
SM
MD
LG