Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:21

Uolter İsaakson: «Amerikanın səsi etibarlı olmalı və eşidilməlidir»


Sentyabrın 28-də Amerikanın Yayım üzrə İdarə Heyətinin sədri Uolter İsaakson azad informasiyanı sıxışdırmağa çalışanlardan bir addım öndə olmaq üçün KİV-in son alət və texnologiyalarına əl atan ABŞ-ın beynəlxalq yayımçıları üçün yeni istiqamətini açıqlayıb.

Amerika Birləşmiş Ştatlarının Konqresi tərəfindən Yayım üzrə İdarə Heyəti (Broadcasting Board of Governors) vasitəsi ilə maliyyələşdirilən Azad Avropa Azadlıq Radiosu (RFE/RL) , Amerikanın səsi, Azad Asiya Radiosu, Marti Radio/Televiziyası, Sawa-Radiosu və Alhurra televiziyasının birlikdə həftəlik 171 milyondan çox auditoriyası var.

«Repressiya və dözümsüzlüklə əlaqədar yeni qlobal mübarizədə üzləşdiyimiz çətinliklər Soyuq Müharibə dövründə olduğu kimi çoxdur». İsaakson Azadlıq Radiosunun ilk verilişinin yayımlanmasının 60-cı ildönümünə həsr olunmuş tədbirdə belə deyib.

İsaakson informasiyanın ötürülməsində sosial şəbəkələrin roluna toxunub. Vaşinqtonda Newseum xəbər muzeyində danışan İsaakson bildirib ki, «Bizim ənənəvi olaraq yuxarıdan aşağı xəbər yayma rolumuzda sosial şəbəkələrin dəstəklədiyi yeni yanaşma alqışlanmalıdır». Və əlavə edib ki, «biz insanların azad informasiya axınını əldə etməsi üçün universal insan haqlarına zəmanət verməyə yardım edirik».

Azad Avropa/Azadlıq Radiosunun prezidenti Ceff Qedmin isə bildirib ki, «biz hələ də hərbi əməliyyat gedən və avtoritar rejimlərin hökm sürdüyü ərazilərdə dəqiq və etibarlı məlumat almaq istəyən insanlar üçün əhəmiyyətli olaraq qalırıq».

Sentyabrın 28-də Azadlıq Radiosunun 60 illik yubileyi ilə bağlı qəbul keçirilib. Azad Avropa-Azadlıq Radiosu ilk dəfə 1950-ci il iyulun 4-ü Nyu-Yorkun Empayr Steyt Bildinqdən kommunist Çexoslovakiyaya yayımlanıb.
XS
SM
MD
LG