Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:11
«İşdən sonra»nın qonağı Rusiya-Azərbaycan Konqresinin Moskva regional şöbəsinin rəhbəri İlqar Hacıyevdir.

- İlqar bəy, necə qarşıladınız Lujkovun öz vəzifəsindən azad olunması barədə xəbəri? Sizin üçün sürpriz idimi?


- Təbii ki, o qədər də sürpriz deyildi. Artıq bir həftədən çoxdur ki, Lujkovun öz vəzifəsindən azad olunması barədə Rusiya KİV-də bu məsələyə toxunulmuşdu. Həqiqətən, Yuri Lujkov demək olar ki, Moskvanın meridir və bu müddətdə onun bizə, Azərbaycan diasporuna olan münasibətindən danışmaq istəyərdim. Tək Lujkovun yox, ümumiyyətlə Moskva hökumətinin. Əlbəttə ki, biz öyrəşmişdik ki, yüksək yerdə artıq Moskvanı Lujkovsuz təsəvvür etmirdik. Bunu mən Moskva sakinlərinin adından deyirəm. Biz də Rusiyada yaşayan, Moskva şəhərinin sakini kimi belə hesab edirdik. Amma belədir ki, yəqin ki, hər şeyin bir vaxtı var. Belə baxanda Lujkovun mer olmasının axırıncı ili idi. Buna baxmayaraq, bu eşitdiyiniz məlumatların məsələyə təkan verməsi də qeyd olunur. Səbəblər də var, təbii ki. Amma Azərbaycan diasporu burda heç bir sıxıntı hiss eləmir. Tək bizə olan münasibət Lujkov tərəfindən deyil, bu gün eləcə də Rusiyanın prezidenti Medvedev tərəfindən bizə diqqət var. Yəni qarşılıqlı hörmət var. Ona görə biz bunu təbii qəbul etdik. Biz gözləyirik ki, tez bir zamanda Moskvaya mer gələcək və inanırıq ki, o merlə də bizim münasibətimiz yaxın olar.

- İlqar bəy, siz diaspora üzvü olmaqla bərabər, həm də moskvalısınız. Vergi ödəyicisiniz, Moskva sakinisiniz. Lujkovun vəzifə səlahiyyətlərindən xanımının xeyrinə sui-istifadə etməsi ilə bağlı mətbuatda yazılanlar sizi bir moskvalı olaraq narahat edirmi?


- O məsələləri bizim aydınlaşdırmağımız tez olar. Belə suallar çoxdan yaranıb. Moskva meri olaraq onun xanımının belə milyarder olması həmişə sual altında qalırdı. Və bu suallar da həmişə verilirdi. Ancaq buna baxmayaraq Lujkovun özünün bu suala verdiyi cavabı mən də təkrar etmək istəyirəm ki, onun xanımı çox bacarıqlı iş adamıdır. O deyirdi ki, mən mer olmasaydım mənim xanımım daha çox imkan əldə edərdi. Yəni o, iş adamı olaraq, həqiqətən, çox böyük işlərlə məşğuldur. Və onun gördüyü işlərdə mer olaraq Lujkovun da, təbii ki, dəstəyi olmuşdu. Amma bu gün bunu bizim araşdırmağımız yəqin ki tezdir.

- Mən araşdırmağınızı demirəm, bilmək istəyirəm ki, vətəndaş olaraq bu sizi narahat edirmi? Sizdə vergi ödəyicisi kimi bir qəzəb doğururmu?


- Xeyr. Heç bir qəzəb doğurmur. Çünki tutduğumuz işlərdə, Azərbaycan diasporunun burda tutduğu işlərdə merin xanımı tərəfindən heç bir maneə görmədik. Amma ümumiyyətlə ümumi narahatlıqlar var. Bizə heç bir dəxli olmadı. Biz onu hissi etmədik. Bizim tutduğumuz mövqelərdə, bizim tutduğumuz işlərdə sadəcə olaraq heç bir təsiri olmadı.

Rusiya prezidenti Dmitri Medvedev Moskva meri Yuri Lujkovu sentyabrın 28-də işdən çıxardıb. 18 ildir ki, Moskva meri olan Lujkov son vaxtlar dövlətin nəzarətində olan televiziyalarda korrupsiyada və qohumbazlıqda ittiham olunurdu.

Şərhləri göstər

XS
SM
MD
LG