Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:25
Sentyabrın 29-da İstanbulda enerji forumu başlayır. Qara dəniz enerji və iqtisadiyyat forumunda Xəzər hövzəsindəki neft və qaz resurslarının Qərb bazarlarına daşınması və Avrasiya məkanındakı ölkələr arasında enerji sahəsindəki əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Forumun təşkilatçısı ABŞ-ın Atlantika Şurası Avrasiya bölməsinin direktoru, Birləşmiş Ştatların Azərbaycan və Türkiyədəki keçmiş səfiri Ross Uilson bildirib ki, tədbirdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar, istefada olan general Brent Skoukroft, keçmiş dövlət katibi Zbiqnev Bzejinski də iştirak edəcəklər.

Məlumat verilib ki, «Nabucco», Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik boru kəmərləri və Azərbaycan-Gürcüstan-Rumıniya (AGRİ) təbii qaz layihələri bu forumda müzakirə olunacaq mövzulardandır. Tədbirdə, həmçinin 2011-ci ildə Azərbaycanda hasil olunacaq təbii qazın nəqli üçün yeni mexanizmlərlə bağlı qərarlar qəbul olunacaq, çünki, «Nabucco» layihəsinin həyata keçməsi üçün «Şahdəniz» qazı ən mühüm amildir.

Azərbaycan 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malikdir və «Şahdəniz – 2» layihəsi çərçivəsində hasilat 2016-cı ildə başlayacaq. «Nabucco» konsorsiumu isə bu zamanadək Azərbaycan və İraq qazı hesabına fəaliyyət göstərə bilər.

Amerikalı diplomat bölgədə enerji layihələrinin həyata keçirilməsinə əngəl olan amillər sırasında son aylar Birləşmiş Ştatların Azərbaycan və Türkiyəyə səfir təyinatlarının həyata keçirilməməsini də göstərib. /ANSPRESS/

Günün bütün mövzuları

XS
SM
MD
LG