Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:56

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək


Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç APA-ya açıqlamasında səfərin ilin sonuna kimi baş tutacağını bildirib.

Səfərin məqsədi Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması ilə əlaqədar geniş tərkibli Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin Bakıda keçiriləcək görüşündə iştirak etməkdir.

Türkiyə baş nazirinin rəhbərlik edəcəyi nümayəndə heyətinə müxtəlif sahələri təmsil edən nazirlər daxil olacaq. Heyətin tərkibi və səfərin dəqiq tarixi isə oktyabr-noyabr aylarında müəyyənləşəcək.

Səfər çərçivəsində Azərbaycan tərəfi ilə şuranın fəaliyyəti müzakirə olunacaq, birgə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. “Bununla bağlı bir sıra tədbirlər planlaşdırılır. Bunlar iqtisadi, enerji, mədəniyyət və digər sahələrdir. Bu sahələrdə layihələr hazırlanacaq”, - deyə səfir bildirib.

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında Birgə Bəyannamə” sentyabrın 15-də İstanbulda imzalanıb.
XS
SM
MD
LG