Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:21

«Ermənistan necə siyasət yürütdüyünü özü də bilmir»


Stepan Safaryan
Stepan Safaryan
Ermənistan parlamentində «İrs» fraksiyasının rəhbəri, politoloq Stepan Safaryan «A1+» televiziya kanalına müsahibə verib. O, ATƏT-in Minsk qrupunun oktyabrın 4-dən 14-nə qədər Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərə qiymətləndirmə missiya göndəriməsini qəbuledilməz sayır.

«A1+» - Sizin bu missiyadan əsas narahatlığınız nədən ibarətdir?

- Mən bu missiyadan sonra hazırlanacaq hesabatdan narahatam. Hesabatın məzmunundan asılı olmayaraq onun başlığı (missiya «Azərbaycanın işğal olunmuş ərazilərində» həyata keçiriləcək) kifayətdir ki, deyək ki, həmin ərazilərə biz başqa bir status verə bilməyəcəyik.

«A1+»- Siz bu missiya ilə Azərbaycanın «işğal olunmuş ərazilərində vəziyyət» haqqında qətnamə layihəsinin BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyindən geri götürülməsi arasında bir əlaqə görürsünüzmü?

- Bu, 2007-ci ildəki vəziyyətə bənzər bir vəziyyətdir. O vaxt da Azərbaycan BMT Baş Assambleyasının sessiyasına Azərbaycanın işğal olmuş ərazilərində vəziyyət adlı başqa bir qətnamə layihəsi təqdim etmişdi. Minsk qrupu həmsədrləri və sabiq xarici işlər naziri Vartan Oskanyanın sonradan da etiraf etdiyi kimi, həmin qətnamə üzrə müzakirələrin Assambleyanın gündəliyindən çıxarılması yalnız Ermənistanın missiyanın göndərilməsinə razılıq verməsi sayəsində mümkün olmuşdu.

ERMƏNİSTAN DAĞLIQ QARABAĞI ÖZÜNÜN MÜSTƏQİL ELAN ETDİYİ SƏRHƏDLƏR ÇƏRÇİVƏSİNDƏ TANIMALIDIR

«A1+» - Nə üçün Ermənistan hakimiyyəti oxşar missiyanın həyata keçirilməsini tələb etmir?

- Ermənistan hakimiyyətinin Qarabağ münaqişəsinə dair heç bir siyasəti və tələbi yoxdur. Hakimiyyət hər şeyi, o cümlədən Qarabağın statusunun tanınması məsələsini beynəlxalq ictimaiyyətdən asılı vəziyyətə gətirib. Onlar yalnız hansısa təklifi qəbul edə, ən yaxşı halda onu rədd edə bilirlər. Səbəb də odur ki, Ermənistan necə bir siyasət yürütdüyünü özü də bilmir. Ermənistandan fərqli olaraq Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı konkret siyasəti var. Azərbaycan hesabatlar və təşkilatlar vasitəsilə nəinki ətraf ərazilərdə, hətta Qarabağın özündə də addımbaaddım
Rasim Musabəyov
öz hüququnu təsbit etməyə səy göstərir.

«A1+» - Ermənistan hökuməti nələri edə bilər ki, ancaq etmir?

- «İrs» fraksiyası yalnız bir həll yolu görür. Beynəlxalq təşkilatlar səviyyəsində hazırlanan bütün bu cür hesabatlara son qoymaq üçün Ermənistan Dağlıq Qarabağı özünün müstəqil elan etdiyi sərhədlər çərçivəsində tanımalıdır.

BU, AZƏRBAYCANIN HAQQIDIR

Politoloq Rasim Musabəyov isə deyir ki, qiymətləndirmə missiyasının monitorinq keçirməsi dünyanın diqqətini işğal altında olan Azərbaycan torpaqlarındakı vəziyyətə cəlb üçün bir addımdır:

- Bu, Azərbaycanın haqqıdır. Bizə deyirlər ki, müharibə aparmayın, o demək deyil ki, biz torpaqlarımızın işğalı ilə, xüsusilə də onun talan olunması, orada köç siyasətinin aparılması ilə barışırıq. Dünyanın diqqətini cəlb edəndə, dünya anlayanda ki, Azərbaycanı zorakılıqla məsələlərin həllinə təhrik etmək lazım deyil, gəlib baxmağa, erməniləri bu məsələlərdən çəkinməyi tövsiyə etməyə məcbur olurlar.

ATƏT-in Minsk qrupunun həmsədləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 4-də Bakıya gələcəklər.

Onlar oktyabrın 4-5-də Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərdə qiymətləndirmə missiyasının səfəri ilə bağlı görüşlər keçirəcəklər.

/Tərcümə etdi: Kəbiran Dilavərli/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG