Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:33

Azərbaycan alimi beynəlxalq mükafat aldı


Türkmənistanın paytaxtı Aşqabaddan alınan xəbərə görə, Bakı Dövlət Universitetinin müəllimi, tanınmış türkoloq-tərcüməçi Ramiz Əskər Məxdumqulu adına Beynəlxalq mükafata layiq görülüb.

Türkmənistanın bu ali mükafatı iki ildən bir türkmən mədəniyyətinin və ədəbiyyatının tədqiqində və təbliğində fərqlənən xarici mütəxəssislərə verilir.

Ramiz Əskər mükafata türkmən ədəbiyyatının klassikləri - Məxdumqulunun və Molla Nəfəsin kitablarının Azərbaycan dilinə tərcüməsinə və nəşrinə görə layiq görülüb. Təqdimat mərasimi oktyabrın 7-də Aşqabadda olacaq.
XS
SM
MD
LG