Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:33

Amerikada son 1 ildə 1,5 milyon adam iflas olub. Bu ötən ildəkindən 20 faiz çoxdur.

Qaz, işıq, telefon və s. xidmət pullarını ödəməkdə adamlara ən ucuz şirkəti tapmaqda kömək edən BillShrink.com şirkətinin yaradıcısı Samir Kotari öz təcrübəsi əsasında adamları iflas edən 3 yanlış yolu göstərir:

BIRINCI

Harvard araşdırıcıları tapıblar ki, iflasların 62 faizi ödənə bilməyən müalicə və cərrahiyyə xərclərindən başlanıb. Halbuki bu insanların 78 faizinin sığortası olub. Bu adamlar inanırdılar ki, sığorta ödəyəcək. Yəni, görünməmiş tibbi xərclərə hazır olmaq lazımdır.

IKINCI

Kredit kart. Amerikada 181 milyon adamda kredit kart var, onlardan yalnız 90-95 milyonu balansı qoruya bilir, yerdə qalan yeni borca girir. Kotari hesab edir ki, 1960-cı illərə, kredit kartların geniş istifadəsi başlanana qədər insanların xərcləməyi daha ağıllı və realist idi. “İnsan nəsə alanda gələcək haqda əsassız optimizmə yox, məntiqə əsaslanmalıdır.”

ÜÇÜNCÜ

Kotari öz təcrübəsi əsasında 3-cü yerə təhsilə böyük ümid bəsləyib, borca girib- təhsil alanları, sonra isə yüksək maaşlı iş tapa bilməyənləri qoyur. “Yaxşı təhsil hələ yüksək maaşlı iş demək deyil. Ona görə, təhsil almağa gedəndə götür-qoy etməyi unutmayın.”

VƏ PAXILLIQ

Kotari bir hissi də heç kimə məsləhət görmür. O da paxıllıqdır. O deyir ki, iflas olanların əksəriyyətinin borca girməyi qonşunun yeni maşınına, evinə həsəd aparmaqdan başlanıb. Onlar Kotari ilə söhbətdə də deyirlər ki, qonşunun yeni maşını olanda sən necə köhnə maşında gəzə bilərsən?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG