Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:00

ATƏT-in müşahidə missiyası fəaliyyətə başladı


Bu gündən ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək müşahidə missiyası fəaliyyətə başlayıb. Bununla bağlı missiyanın rəhbəri Audrey Glover mətbuat konfransı keçirib.

Glover deyib ki, missiyanın əsas heyətinə daxil olan 16 nəfər 11 ATƏT ölkəsini təmsil edir. Daha sonra 22 nəfərdən ibarət qrup gələcək. Onlar təlimatlar alandan sonra regionlara göndəriləcək. Qısamüddətli müşahidə missiyası isə Azərbaycana noyabrın 3-də gələcək.

“Missiyamız bu seçkilərin Kopenhagen öhdəliklərinə uyğunluğunu yoxlayacaq, demokratik seçkilərin digər standartlara uyğunluğunu qiymətləndirəcək, həqiqi siyasi rəqabətin olması, namizədlərə bərabər imkanların yaradılması, mətbuata bərabər çıxış məsələlərinə xüsusi diqqət ayıracaq”-deyə, Audrey Glover bildirib.

Missiyanın rəhbəri onu da deyib ki, biz DTİHB-in tövsiyələrinin hakimiyyət orqanları tərəfindən hansı səviyyədə həyata keçirilməsinə diqqət yetirəcəyik. 2 aralıq hesabat hazırlanacaq, 11 heyət ölkənin müxtəlif yerlərinə ezam olunacaq. Seçkilərdən bir gün sonra ilkin hesabat açıqlanacaq. Təxminən 8 həftədən sonra isə yekun hesabat dərc olunacaq.

Bu, ATƏT-in Azərbaycanda izləyəcəyi sayca 8-ci seçki olacaq.

XS
SM
MD
LG