Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:38

Lujkov istefaya göndərildi


Rusiya prezidenti Dmitri Medvedyev Moskva meri Yuri Lujkovu istefaya göndərib. Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, prezident “Moskva merinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması” haqqında fərmanı sentyabrın 28-də səhər imzalayıb.

Fərmanda göstərilir ki, Lujkov “ölkə prezidentinin etimadını itirdiyinə görə” tutduğu vəzifədən azad olunub.

Moskva merinin birinci müavini Vladimir Resin mer səlahiyyətlərini müvəqqəti icra edəcək.

Prezidentin mətbuat katibi Natalya Timakovanın sözlərinə görə, Dmitri Medvedyev yaxın vaxtlarda sabiq paytaxt meri ilə görüşməyi planlaşdırmır.

Lujkov 1992-ci ildən Moskva meri vəzifəsində işləyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG