Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:19

Şirak və partiyası milyonlar ödədi, korrupsiya iddiası geri götürüldü


Keçmiş Fransa prezidenti Jak Şirak

Keçmiş Fransa prezidenti Jak Şirak

Paris şəhər rəhbərliyi sentyabrın 27-də keçmiş prezident Jak Şiraka qarşı uzun müddətdir məhkəməsi davam edən korrupsiya iddiasını geri götürüb. Bunun üçün Jak Şirak və hakim partiya şəhərin büdcəsinə 2.2 milyon avro pul ödəyiblər.

Şəhər rəhbərliyi iddia qaldırmışdı ki, Jak Şirak Parisin meri olarkən bu partiyaya davamlı maliyyə yardımları verib, ona görə də paytaxt itkilərə məruz qalıb.

Paris iddiasını geri götürsə də hələlik bu iddia üzrə cinayət işi başa çatmayıb. Amma Parisdə jurnalistlər prokurorun keçmiş prezidentin bu iş üzrə bəraət aldığını elan edəcəyini gözləyirlər. Məhkəmənin yekun qərarının oktyabrın 1-də elan edilməsi gözlənir.

Indi 77 yaşı olan Jak Şirak 1977-1995-ci illərdə Parisin meri olub. 1995-2007-ci illərdə isə prezident olan Şirak dövlət başçısı kimi istintaqa çəkilə bilmirdi.

Şərhləri göstər

XS
SM
MD
LG