Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:50

Putinin istirahət mərkəzində vertolyot qəzası?


Bazar günü Rusiyanın Qafqaz dağlarında qəzaya uğrayan vertolyot Baş Nazir Vladimir Putinin tikilən istirahət mərkəzinə tikinti materialları aparırmış. Həmin qəzada iki nəfər həlak olub.

Bunu Rusiyada müxalifət mediası iddi edir. Həmin qəzetlərin yazdığına görə Qafqaz dağlarında Lunnaya Polyana adlı mərkəz əslində rəsmi məlumatda deyildiyi kimi elmi tədqiqat sahəsi deyil. Bu, Baş nazir Vladimir Putin üçün istirahət yeri kimi tikilməkdə olan xizəkçilik mərkəzidir. Qəzaya uğrayan vertolyot da həmin gizli yerə tikinti materialları daşıyırmış. Qəzada üç heyət üzvündən ikisi həlak olub.

Bundan əvvəl də həmin ərazidə bir neçə dəfə vertolyot qəzaları baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG