Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:34

Prezidentin qardaşı istintaqa çəkilir


Əfqanıstan prezidenti Həmid Karzayinin qardaşı qardaşlarından biri ABŞ-da aparılan bir cinayət işinə görə istintaqa çəkilir. Bu barədə "The Wall Street Journal" qəzeti sentyabrın 27-də məlumat verib.

Qəzetin məlumatına görə prezidentin qardaşı vergidən yayınma, zorla pul tələb etmə, qəsbkarlıq kimi cinayətlər üzrə şübhəli bilinir. İndi prokurorlar onun istintaqa cəlb edilməsi üçün sübutların nə qədər yetərli olduğunu araşdırırlar.

Bu işdə adı hallanan Mahmud Karzayi prezidentin böyük qardaşıdır. ABŞ vətəndaşı olan Mahmud Karzayi haqqında deyilən ittihamları rədd edib.

Əfqanıstan prezidentinin ofisi bu xəbərlər haqqında şərh verməkdən imtina edib.
XS
SM
MD
LG