Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:48

Faiq Ağayevi bıçaqlayan şəxs həbs edilib


Xalq artisti Faiq Ağayevi bıçaqlayan şəxs həbs edilib. APA-ya Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, həmin şəxs Bakı şəhər sakini,1978-ci il təvəllüdlü Rüfət Məlikovdur. Məlumatda deyilir ki, istintaq qrupu tərəfindən dindirilən Rüfət Məlikov hadisəni aralarında yaranan mübahisə zəminində törətdiyini etiraf edib.

Polis idarəsindən saxlanılan digər şəxslərin adları açıqlanmayıb, amma onların araşdırmalar başa çatandan sonra sərbəst buraxılacağı bildirilib.


XS
SM
MD
LG