Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:51

Polis etiraz aksiyası keçirdi, nazir istefa verdi


Rumıniyada polisin əməkhaqqını 25 faiz kəsmək qərarına görə polis əməkdaşları etiraz aksiyası keçirəndən sonra Daxili İşlər naziri istefa verib. Keçən həftənin sonunda Rumıniyada 6000 polis zabiri etiraz aksiyasına çıxandan sonra prezident yüksək vəzifəli zabitlərlə təcili müzakirələrə başlayıb, Daxili İşlər naziri Vasile Blaqa isə sentyabrın 27-də istefa verdiyini açıqlayıb:

- Mən Daxili İşlər naziri vəzifəsindən istefamı Baş nazir Emil Boca təqdim etdim. Bu bir şərəf addımıdır. Bütün başqa vətəndaşlar kimi polisin də etiraz aksiyası keçirmək hüququ var, amma yalnız qanun çərçivəsində.

Rumıniya hökuməti ölkənin üzləşdiyi kəskin iqtisadi böhranla mübarizə tədbirləri görür. Bunun üçün dövlət xərclərinin kəskin azaldılması nəzərdə tutulur.
Keçən həftənin cümə günü polis zabitləri keçirdikləri etiraz aksiyasında prezident sarayını yumurta atəşinə tutub, prezident əleyhinə “rədd ol, miskin kömək!” kimi sərt şüarlar səsləndiriblər.

Rumıniya prezidenti Trayan Basesku zabitlərin bu aksiya ilə qanunu pozduqlarını deyib. Amma bu həftə polisin daha geniş etiraz aksiyaları nəzərdə tutulur.
XS
SM
MD
LG