Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:38

İndi də yəhudi fəallar Qəzzaya yardım gəmisi aparır


Sentyabrın 26-da bir qrup yəhudi fəal İsrailin Qəzzaya tətbiq etdiyi blokadaya etiraz olaraq buraya humanitar yardım daşıyan gəmi göndəriblər. İsrail, Britaniya, Almaniya və ABŞ vətəndaşları olan doqquz yəhudi fəal Britaniya bayrağı altında üzən gəmi ilə Kiprdən Qəzzaya yola düşüblər.

İsrailin Xarici İşlər Nazirliyi isə bildirib ki, əgər bu fəallar Qəzzaya yardım çatdırmaq istəyirlərsə, onu Misirn, ya da İsrailin limanları vasitəsilə aparmalıdırlar.

Bu il mayın 31-də Qəzzaya yardım aparan Türkiyə gəmisinə İsrail ordusu hücum edib doqquz nəfəri öldürüb, xeyli sayda da adamı yaralamışdı. Bundan sonra Qəzzanın blokadasına beynəlxalq diqqət artmış və Türkiyə ilə İsrailin münasibətləri pozulmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG