Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Prezidenti həm də partiyaya sədrlik etməkdə suçladılar, istefa verdi


Ya partiya, ya prezidentlik sualı qarşısında qalan Kosovo prezidenti istefa verib. Sentyabrın 24-də Kosovonun Konstitusiya Məhkəməsi Prezident Fatmir Sejdiunu həm partiya sədri, həm də prezident vəzifəsini eyni vaxtda daşımaqla əsas qanunu pozmaqda ittiham edib. Buna görə prezident sentyabrın 27-də istefa verdiyini açıqlayıb.

58 yaşlı Sejdiu 2006-cı ildə Serbiyanın bu əyalətinə rəhbərlik edirdi.

Konstitusiya Məhkəməsinin bu qərarı gələn həftə keçiriləcək parlament seçkisi ərəfəsində qəbul edilib.

Serbiyanın tərkibində yaşayan albanlar 2008-ci ildə Kosovonu müstəqil dövlət elan ediblər. Onu dünyanın böyük dövlətlərinin əksəriyyəti tanısa da hələlik Serbiya qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG